Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gənc seysmoloqlar “Xocalını unutma” aksiyasına başlayıblar
22.02.2019 14:12
  • A-
  • A
  • A+

Gənc seysmoloqlar “Xocalını unutma” aksiyasına başlayıblar

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Xocalı soyqırımının bəşər tarixinə XX əsrin ən dəhşətli qətliamı kimi daxil olduğunu söyləyib. O, faciə qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, hər il bu soyqırımı ilə bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirlərinin təşkil edildiyini bildirib.

Q.Yetirmişli Heydər Əliyev Fondu tərəfindən aparılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirilməsindən də danışıb.

Daha sonra RSXM-ın Gənc alim və mütəxəssisləri şurasının sədri Nərminə İsmayılova və şura üzvü Gülxanım Əsgərli “Xocalı faciəsi gənclərin gözü” ilə mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirdə, həmçinin gənc seysmoloqların başladığı “Xocalını unutma” aksiyası barədə məlumat verilib.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: