Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan florası üzrə məlumat bazalarının yaradılması istiqamətində əməkdaşlıq genişləndirilir

Azərbaycan florası üzrə məlumat bazalarının yaradılması istiqamətində əməkdaşlıq genişləndirilir

AMEA Botanika İnstitutunun direktoru, b.e.d, professorValidə Əlizadə Succov Fondunun nümayəndələri - Dr.Sebastiyan Şmit və Dr. Til Dietevia, Arndt Universitetinin (Almaniya) nümayəndəsi Dr. Sabrina Rilkeni qəbul edib.

Görüş zamanı qonaqlar apardıqları tədqiqat işləri haqqında məlumat verərək müasir məlumat bazasının yaradılması istiqamətində əldə etdikləri yeni nailliyyətləri nümayiş etdiriblər. Son illər Botanika İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində bu sahədə həyata keçirilən əhəmiyyətli işlər, xüsusilə institutun herbari kolleksiyasının məlumatı və şəkillərinin Avropa virtual məlumat bazasına yerləşdirilməsi təşəbbüsü böyük maraqla qarşılanıb.

Tərəflər arasında Azərbaycan florası üzrə yeni formatlı məlumat bazası yaradılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində razılıqlar əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: