Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı dendroloqların məqaləsi beynəlxalq jurnalda dərc olunub
19.02.2019 11:27
  • A-
  • A
  • A+

Azərbaycanlı dendroloqların məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkilər laboratoriyasının müdiri, professor Elman İsgəndər və Dendrologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vaqif  Novruzovun həmmüəllifi olduğu ”Yaşıllıqlarda istifadə olunan fanerofitlərin ekoloji təhlili (Ecological analysis of phanerophytes used in greenery)" adlı məqalə “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Ciencia e Tecnica Vitivinicola” jurnalında nəşr olunub. 

Məqalədə Abşeron yarımadasında yaşıllaşdırmada istifadə edilən fanerofitlərin bəzi ekoloji amillərə qarşı münasibəti təhlil edilib. 

Jurnalda, həmçinin Dendrologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadənin "Azərbaycanın Şirvan zonasının torpaqlarının ekoloji qiymətləndirilməsi" məqaləsi də dərc olunub. Məqalədə Şirvan zonasının bitki-torpaq örtüyünün ekoloji qiymətləndirilməsinin nəticələri və ilk dəfə olaraq 1:100000 miqyasında təritib olunmuş xəritə təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: