www.science.az
15.02.2019 14:22

“Clarivate Analytics” agentliyi İqtisadiyyat İnstitutunun əməkdaşları üçün seminar keçib

Fevralın 14-də AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları üçün “Clarivate Analytics” agentliyinin “Web of Science” məlumat platformasından istifadənin təkmilləşdirilməsinə dair maarifləndirici seminar keçirilib.

AMEA-nın Əsas binasında baş tutan seminarda agentliyin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva “Web of Science” platformasının axtarış imkanları”, “Beynəlxalq jurnalların tələbləri və ona uyğun məqalə yazmaq”, “Məqalələrin dəqiq xülasəsinin hazırlanması” və “Köməkçi vasitələrdən istifadə (EndNote)” barədə danışıb.

Ekspert xaricdə fəaliyyət göstərən saxta elmi jurnallar və onların aşkarlanması barədə geniş məlumat verib. Eyni zamanda platformada tədqiqatçı profilinin yaradılması məsələsinə toxunub və bu cür profillərin peşəkar akademik cəmiyyətə inteqrasiya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.