Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar sərgi açılıb
14.02.2019 12:54
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar sərgi açılıb

Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyat tarixində görkəmli yer tutan, xalqın milli oyanışında misilsiz rol oynayan dahi yazıçı, dramaturq, publisist və ictimai xadim “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamlara uyğun olaraq AMEA Naxçıvan Bölməsində bir sıra tədbirlər həyata keçirilir.

Böyük ədəbin yubileyi ilə əlaqədar bölmənin Elmi Kitabxanasında “Cəlil Məmmədquluzadə-150” adlı sərgi açılıb. Bir neçə bölmədən ibarət olan sərgidə “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Ədəbi şəxsiyyət və zaman”, “Cəlil Məmmədquluzadə mühiti və müasirləri”,  “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Mollanəsrəddinçi karikatura ustası”, “Cəlil Məmmədquluzadə”, “İnsanlar və talelər”, Əziz Şərifin “Molla Nəsrəddin necə yarandı?”, həmçinin “Cəlil Məmmədquluzadə ensiklopediyası”, “Yüz ilin ədəbi abidəsi”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti”, “Cəlil Məmmədquluzadənin yaradıcılığında “kiçik adam” obrazlarının ictimai-bədii funksiyası”, “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma”, ““Molla Nəsrəddin”: dostları, düşmənləri”, “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən” və digər bu qəbildən olan kitab və monoqrafiyalar yer alıb.

Sərgidə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən tədqiqat əsərləri ilə yanaşı, jurnal və qəzet materialları da ziyarətçilərin ixtiyarına verilib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar bölmədə il ərzində silsilə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: