Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda yer alıb
14.02.2019 09:20
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda yer alıb

Azərbaycan alimlərinin məqaləsi 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi və AMEA-nın elmi-tədqiqat proqramları çərçivəsində “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Optimization Theory and Applications” (https://www.springer.com/mathematics/journal/10957) 1.234 impakt faktorlu jurnalda dərc edilib.

Məqalənin müəllifləri Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, AMEA-nın professoru Rövşən Bəndəliyev və İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları - professor İlqar Məmmədov, tex.ü.f.d. Yasin Rüstəmovdur.

“Dəyişən dərəcəli Sobolev fəzalarında Bianki tənliyi üçün optimal idarəetmə məsələsi” (https://link.springer.com/article/10.1007/s10957-018-1290-9) sərlövhəli məqalədə əmsalları dəyişən dərəcəli Lebeq fəzasından olan üçüncü tərtib Bianki tənliyi ilə təsvir olunmuş paylanmış parametrli optimal idarəetmə məsələsi üçün Pontryaqin maksimum prinsipi isbat edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: