Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2019 17:02
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin büro iclası keçirilib

Yer Elmləri Bölməsinin büro iclası keçirilib

Fevralın 13-də Rəyasət Heyətində AMEA-nın Yer Elmləri Bölməsinin büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrə qəbul olunmuş dissertantlar və onların elmi rəhbərləri iştirak ediblər.

İclası akademik Fəxrəddin Qədirov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri müzakirə olunub.

Akademik Fəxrəddin Qədirov bildirib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 11, elmlər doktoru hazırlığı üzrə dissertanturaya isə 10 nəfər qəbul olunub. Alim vurğulayıb ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməlidir. Akademik dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsini tövsiyə edib.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiqlənib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Sonra bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: