www.science.az
13.02.2019 12:37

Şamaxıda vulkan püskürüb

Fevralın 13-də yerli vaxtla saat 06:25-də Şamaxı rayonunun Quşçu kəndi ərazisində yerləşən "Quşçu" palçıq vulkanında püskürmə baş verib. 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, püskürmə 1 dəqiqə 30 saniyə davam edib.

Hazırda ərazidə Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən tədqiqatlar aparılır.

Qeyd edək ki, "Quşçu" palçıq vulkanı sonuncu dəfə 2018-ci ildə püskürmüşdü.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.