www.science.az
11.02.2019 14:24

Bal arısının xəstəlikləri və onlarla mübarizə yollarından bəhs edən kitabça

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Barat Əhmədov və həmin mərkəzin kiçik elmi işçisi Rəfiqə Qazinin həmmüəllifi olduqları “Bal arısının xəstəlikləri və onlarla mübarizə yolları” adlı kitabça çapdan çıxıb.

Kitabçada bal arılarında rast gəlinən bakterial, virus, göbələk və parazitar xəstəliklər, zərərvericilər, onlara qarşı mübarizə üsulları, eyni zamanda arılara qulluq qaydaları öz əksini tapıb.

Nəşr arı mütəxəssisləri və bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.