Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zəlzələ bölgəsində sürüşmə faktı aşkarlanıb
08.02.2019 12:24
  • A-
  • A
  • A+

Zəlzələ bölgəsində sürüşmə faktı aşkarlanıb

Fevralın 5-də İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ ilə bağlı bölgədə kompleks seysmoloji tədqiqatları davam etdirən AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları Şamaxı rayonunun ərazisində sürüşmə faktı aşkar ediblər.

Aparılan araşdırmalar zamanı Şamaxı rayonunun ərazisində Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub. Aşkarlanan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan əlavə, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə halı müşahidə edilir.

Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma qeydə alınıb. Həmçinin Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və sürüşmələr müşahidə olunur.

Bununla yanaşı, RSXM əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı da tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki araşdırmalar aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: