Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Almaniyanın Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib
08.02.2019 10:50
  • A-
  • A
  • A+

Almaniyanın Berlin Humboldt Universitetinin professoru Klaudia Luks MEK-i ziyarət edib

Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biri sayılan Almaniyanın Berlin Humboldt Universitetinin professoru Klaudia Luks AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

Alim MEK-in e-oxucu kartını əldə edib, Sərgi salonunda “Heydər Əliyev - 95”,  “İlham Əliyev”, “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kolleksiyalara baxış keçirib.

Bundan əlavə, kitabxananın bölmələrində gündəlik iş prosesi, həmçinin Diplomatik fondun kolleksiyalarının formalaşdırılması qaydaları ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: