Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzinin iclasında bir sıra qərarlar qəbul olunub
06.02.2019 16:44
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin iclasında bir sıra qərarlar qəbul olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü “AMEA Şəki Regional Elmi Mərkəzinin 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA Rəyasət Heyətinin 25.01.2019-cu il tarixli, 4/3 saylı qərarı” barədə məruzə ilə çıxış edib.

Sonra müəssisənin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov “ŞREM-in Elmi Şurasının 2019-cu il üçün iş planı” layihəsini təqdim edib, həmçinin 27 Mart - Elm Günü ilə bağlı ölkə başçısının 9 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışıb, iştirakçıların suallarını cavablandırıb.

Sonda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: