Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2019 11:58
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda gənc alimlər mükafatlandırılıb

Mikrobiologiya İnstitutunda gənc alimlər mükafatlandırılıb

AMEA-nın Mikrobiologiya İnstitutunda “Müasir biologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nailiyyətlərindən danışıb. Alim qeyd edib ki, ötən il institutun gənc alim və mütəxəssisləri akademiyanın elmi-ictimai həyatında yaxından iştirak edib, məhsuldar fəaliyyət göstəriblər.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov  akademiyada gənclərin inkişafı istiqamətində görülən mühüm işlərdən söz açıb.

Konfransda, həmçinin biologiyanın aktual problemlərini özündə əks etdirən məruzələr dinlənilib. Məruzələrdən sonra institutun direktoru, akademik Məmməd Salmanov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb, tövsiyələrini verib.

Sonda ən yaxşı məruzələrin müəlliflərinə fəxri diplom və pul mükafatları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: