Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin dördüncü və beşinci cildləri çapdan çıxıb
05.02.2019 10:09
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin dördüncü və beşinci cildləri çapdan çıxıb

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin dördüncü və beçinci cildləri işıq üzü görüb.

 “Klassiklər, müasirlər” adlanan dördüncü cildin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Möhsün Nağısoylu, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovadır.

Kitabda müəllifin XIX, XX və XXI əsrlərdə yaşayıb yarat­mış Azər­­­baycan ədəbiyyatı tarixinin tanınmış nüma­yən­dələ­ri­nin həyat və yaradıcılığına aid məqalələri toplanıb. Nəşrdə M.F.Axundzadə, A.Bakıxanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Hadi, M.S.Ordubadi, C.Cabbarlı, R.Rza, S.Vurğun və başqa sənətkarların şəxsiyyəti, ədəbiyyata baxışı və bədii yaradıcılıqları  müxtəlif aspektdən araşdırılıb.

Professor Kamran Əliyevin 10 cildlik əsərlərinin “Ədəbiyyatşünaslıq, ədəbi tənqid” adlanan beşinci cildinin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Kamal Abdullayev, tərtib edənləri filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva və Nigar İmaməliyevadır.

556 səhifəlik bu cilddə müəllifin ədəbiyyatşünaslıq və ədəbi tənqid haqqında mə­qa­lələri toplanıb. “Ədəbiyyatşünaslıq” bölməsində “Nəzəriyyə məsələləri”, “Ədəbi şəxsiyyət”, “Ədəbi yaddaş”, “Ədəbi dil”, “Müasirlik mövqeyi”, “Elegiya” ümumbaşlıqları altında bir çox məsələlərə aydınlıq gətirilib. Kitabın bu bölməsində “Abbas Zamanov olmasaydı” adlı monoqrafiya da yer alıb.

Kitabın “Ədəbi tənqid” bölməsində isə “Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri” adlı monoqrafiya və ədəbi tənqidin bir çox məsələlərinin təhlil olunduğu məqalələr öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: