Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Cəmil Əliyevə BMT-nin “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib
04.02.2019 09:22
  • A-
  • A
  • A+

Akademik Cəmil Əliyevə BMT-nin “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatına layiq görülüb.

Mükafat MOM-un təşkilatçılığı ilə fevralın 2-də Bakıda keçirilən Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunda alimə təqdim olunub.

Fəxri mükafatı akademik Cəmil Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: