Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.02.2019 12:58
  • A-
  • A
  • A+

“Azərsu” ASC-nin ekspertləri YT Parkın fəaliyyətini yüksək qiymətləndiriblər

“Azərsu” ASC-nin ekspertləri YT Parkın fəaliyyətini yüksək qiymətləndiriblər

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ekspertlərindən ibarət nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) səfər edib. Qonaqlar YT Parkı və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal prosesi, eləcə də burada hazırlanan müxtəlif çeşidli məhsullarla yaxından tanış olublar.

Qonaqlara 130 illik tarixi olan “Millers Oil” şirkətinin istehsalat obyekti, istehsal sahəsi və məhsulları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, şirkət tanınmış premium klass mühərrik yağlarının hazırlanması və dünya standartlarına cavab verən neft məhsullarının istehsalının artırılması ilə məşğuldur. Xarici markalı avtomobillərdə istifadəsi mümkün olan yüksək keyfiyyətli məhsullar “Azərsu” ekspertlərinin böyük marağına səbəb olub. Onlar YT Park və bu müəssisənin rezidentlərinin fəaliyyətini yüksək qiymətləndirərək birgə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Sonra “Azərsu”dan olan nümayəndə heyəti beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara laboratoriya avadanlıqları, akkreditasiya sahəsi və xidmətlər barədə geniş məlumat verilib.

YT Parkın rezidentləri “Azərsu”nun keyfiyyət üzrə menecerləri və texniki ekspertlərinin çoxsaylı suallarını cavablandırıblar.

Görüşdə, həmçinin YT Parkda istehsal olunan yağ və sürtkü məhsullarının dövlət satınalınması məsələləri və gələcəkdə iki qurum arasında anlaşma memorandumunun imzalanmasına dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: