Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.02.2019 12:32
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun bir qrup fəal gənci mükafatlandırılıb

Dilçilik İnstitutunun bir qrup fəal gənci mükafatlandırılıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunda  2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı göstərdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

M.Nağısoylu Azərbaycanda aparılan dövlət gənclər siyasətindən, ölkədə yaradıcı, fəal gənclərin öz potensiallarını inkişaf etdirməsi üçün yaradılan şəraitdən danışaraq Dilçilik İnstitutunun gənc alimlərinin bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd edib.  O, gənclərimizin inkişafında, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasında, beynəlxalq əlaqələrinin inkişafında Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilən Dövlət proqramları və strategiyaların əhəmiyyətini xüsusi vurğulayıb.

Sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının  sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərimizin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiyini deyib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxış edərək bildiriblər ki, institut gəncləri ölkəmizin ictimai-mədəni həyatında üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirir, təhsildə, intellektual inkişafda, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində fəallıq nümayiş etdirirlər.

Sonda institutun ictimai-mədəni və elmi həyatında fəallığı ilə seçilən, müxtəlif sahələrdə nailiyyətlər qazanan bir qrup gənc fəxri fərmanla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: