Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" mövzusunda seminar keçiriləcək
01.02.2019 10:40
  • A-
  • A
  • A+

"Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" mövzusunda seminar keçiriləcək

4 fevral 2019-cu il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Clarivate Analytics (Thomson Reuters)" agentliyinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" adlı seminar keçiriləcək.

Seminarda "Web of Science" platformasına daxil olan jurnallar, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərdən bəhs ediləcək.

Tədbirdə Fizika, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri institutlarının alimləri iştirak edə bilərlər.

Ünvan: Bakı şəh., H.Cavid pr. 129 (IV mərtəbə).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: