Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Yüksək Texnologiyalar Parkı ilə Energetika Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
30.01.2019 11:16
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı ilə Energetika Nazirliyinin nümayəndələri arasında görüş keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov AR Energetika nazirinin müavini Elnur Sultanov və həmin qurumun Neft-qaz siyasəti şöbəsinin müdiri Elxan Həşimovla görüşüb.

Görüşdə N.Şükürov texnoparkda istehsal edilən sənaye və sürtkü yağları, həmçinin beynəlxalq standartlara uyğun akreditasiya olunmuş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Eyni zamanda istehsal olunan məhsulların ixracı ilə bağlı məsələlərə toxunulub.

Nazirlik rəsmiləri müzakirə olunan mövzulara dair lazımi dəstəyi verə biləcəklərini söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: