Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.02.2019 12:09
  • A-
  • A
  • A+

AMEA YT Parkda istehsal olunan məhsulların dünya bazarında satış imkanları müzakirə edilib

AMEA YT Parkda istehsal olunan məhsulların dünya bazarında satış imkanları müzakirə edilib

Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyev ilə AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə YT Parkın rezidentlərindən olan AMEA-nın Təcrübə-Sənaye Zavodu MMC və “Millers Oils Azərbaycan” MMC tərəfindən istehsal olunan ümumilikdə 100-dən çox adda məhsulun (müxtəlif təyinatlı sürtkü yağları, maddələr, qatqılar və s.) keyfiyyəti və qiyməti barədə müzakirələr aparılıb, onların dünya bazarında satış imkanları nəzərdən keçirilib. Həmin məhsulların qiymət baxımından dünya üzrə məşhur istehsalçıların analoqları ilə müqayisədə sərfəli olduğu bildirilib.

Görüşdə istehsal olunan məhsulların nəinki xarici, həm də daxili bazarlarda satışının təşkilində müəyyən çətinliklər olduğu bildirilib və problemin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb, habelə digər məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: