Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.01.2019 16:59
  • A-
  • A
  • A+

MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib

MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edilib.

Sərgidə M.Ə.Rəsulzadənin özünün müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında M.Rəsulzadənin “Məktublar, şəfiçilik”, “Azərbaycan şairi Nizami”, “Qafqaz türkləri”, “Çağımızın Səyavuşu”, “Milli Birlik”, “Panturanizm. Qafqaz sorunu” əsərləri, eləcə də ona həsr olunmuş “M.Ə.Rəsulzadə”, “Cümhuriyyət qurucuları” (Nəsiman Yaqublu), “M.Ə.Rəsulzadə və ana dilimiz” (Mətanət Fərzəliyeva), “M.Ə.Rəsulzadə (1884-1955)” (Aydın Balayev), “İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” (Əlimərdan Bəy Topçubaşov), “M.Ə.Rəsulzadə (biblioqrafiya)” və başqa kitablar yer alır.

Sərgilənən kitablar Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

Qeyd edək ki, sərgi fevral ayının 8-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: