Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın nümayəndə heyəti "BP Azərbaycan" şirkətində olub
29.01.2019 15:51
  • A-
  • A
  • A+

AMEA-nın nümayəndə heyəti "BP Azərbaycan" şirkətində olub

Yanvarın 29-da AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov və professor Rüfət Məmmədovdan ibarət nümayəndə heyəti "BP Azərbaycan" şirkətinin Ekoloji Qrupunun və Aviasiya Xidmətinin əməkdaşları ilə görüş keçiriblər.

Görüşün keçirilməsində məqsəd ekoloji monitorinqlə bağlı müzakirələrin aparılması olub.

Müzakirələrdən sonra N.Şükürov AMEA YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinin milli akreditasiyadan keçməsi, həmçinin burada nəzərdə tutulan kalibrləmə işləri və s. barədə məlumat verib.

Daha sonra YT Parkın rezidenti tərəfindən istehsal edilən mülki dronlarla bağlı təqdimat keçirilib.

Görüşün sonunda "BP Azərbaycan" şirkətinin nümayəndələri YT Parkın fəaliyyəti ilə yaxından tanış olmaq üçün sözügedən qurumu ziyarət edəcəklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: