Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Şəhər incəsənəti. Azərbaycan” layihəsinin təqdimatı olub
29.01.2019 11:47
  • A-
  • A
  • A+

“Şəhər incəsənəti. Azərbaycan” layihəsinin təqdimatı olub

Yanvarın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Şəhər incəsənəti. Azərbaycan” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbir muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.

Muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva layihə ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd olunub ki, layihə Bakının şəhər incəsənətini və xalqımızın tarixini təbliğ etmək, incəsənətin inkişafını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, şəhər incəsənəti ideyasının və anlayışının gənclər arasında yayılması və genişləndirilməsi nəzərdə tutulur.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov və digər çıxış edənlər də “Şəhər incəsənəti” ideyasının gənclər arasında təbliğinin vacibliyindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: