Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Reseptordan refleksə dogru" monoqrafiyası işıq üzü görüb
29.01.2019 09:54
  • A-
  • A
  • A+

"Reseptordan refleksə dogru" monoqrafiyası işıq üzü görüb

AMEA-nın akad. A.Qarayev adına Fiziologiya İnstitutunun Hüceyrələrin morfofonksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Fəxrəddin Əsgərovun "Reseptordan refleksə doğru" monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya bioloji tibbin ən aktual məsələlərindən biri olan qidalanmanın biotik faktoru kimi, interoreseptiv mübadilə reflekslərinin periferik və mərkəzi mexanizmlərinin formalaşmasında bilavasitə iştirak edən, həmçinin canlı orqanizm sistemlərində məqsədyönlü motivasiya-emosional və şərtli-refleks reaksiyaların həyata keçirilməsində roluna həsr edilib.

6 fəsildən ibarət olan nəşrin ilk iki fəslində reseptorlar, onların funksiyaları və refleksləri haqqında ümumi anlayışlar verilib. Növbəti fəsillərdə heyvanların şərti-refleks aktivliyinin formalaşmasında dominant, motivasiya və emosiya əlaqələrinin, eləcə də qidanın biotik dövriyyədə və beynin inteqrativ fəaliyyətinin formalaşmasında təkamül rolunun tədqiqatlarının nəticələri təqdim olunur.

Bundan əlavə, interoreseptiv mübadilə reflekslərinin mexanizminin periferik və mərkəzi əlaqələri barədə məlumat oxucuya çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: