Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsi müasir cihazlarla təchiz olunub
25.01.2019 16:21
  • A-
  • A
  • A+

Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsi müasir cihazlarla təchiz olunub

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsində Almaniyanın "3B Scientific" və "Leybold LD" şirkətlərinin müasir cihazları ilə təchiz olunmuş 7 tədris laboratoriyası (Mexanika, Molekulyar fizika və termodinamika, Elektrik və maqnetizm, Optika, Atom fizikası, Nüvə fizikası və Radiofizika) fəaliyyət göstərir.

Oxşar cihazların respublikanın universitetlərində və hətta Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsinin laboratoriyalarında olmadığını nəzərə alaraq 4 metodik dərslik dərc edilib. Sözügedən dərsliklər "Ümumi fizikada laboratoriya təcrübəsi: Mexanika", "Ümumi fizikada laboratoriya təcrübəsi: Molekulyar fizika və termodinamika", "Ümumi fizikada laboratoriya təcrübəsi: elektrik magnetizmi" və "Ümumi fizikada laboratoriya təcrübəsi: atom fizikası"dır.

Dərsliklər MDU-nun Bakı filialının Fizika fakültəsinin dekanı, akademik Ənvər Nəhmədov və Moskva Dövlət Universitetinin Fizika fakültəsinin müəllimləri tərəfindən hazırlanıb.

Vəsaitlərdə cihazların quruluşu, onların işləmə prinsipləri, ölçmə və xətanın təyin olunması metodları əksini tapıb.

Hazırda kitabların MDU-da və Rusiya Federasiyasının digər universitetlərində dərslik kimi istifadə olunması üçün qrif alınması prosesi davam etdirilir.

Optika, nüvə fizikası və radiofizika istiqamətləri üzrə dərsliklərin isə 2019-cu ilin sonuna qədər dərc olunması nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: