Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir dünyada islamofobiya və onun təzahür formaları” kitabı işıq üzü görüb
25.01.2019 12:16
  • A-
  • A
  • A+

“Müasir dünyada islamofobiya və onun təzahür formaları” kitabı işıq üzü görüb

AMEA-nın  akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovun “Müasir dünyada islamofobiya və onun təzahür formaları” adlı kitabı çapdan çıxıb.

İki fəsildən ibarət olan nəşrdə dünyada İslama qarşı mübarizənin tarixi nəzərdən keçirilir, həmçinin islamofobiya müstəvisində Azərbaycanda İslam dininin ümumi vəziyyəti şərh edilir.

Bundan əlavə, dünyada İslama qarşı çıxış edənlərə dövlət, din xadimləri və alimlərin tutarlı cavabları təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: