Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Reseptordan refleksə doğru” monoqrafiyası nəşr olunub
24.01.2019 11:17
  • A-
  • A
  • A+

“Reseptordan refleksə doğru” monoqrafiyası nəşr olunub

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Hüceyrələrin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Fəxrəddin Əsgərovun “Reseptordan refleksə doğru” monoqrafiyası nəşr olunub.

Monoqrafiya bioloji tibbin ən aktual məsələlərindən olan qidalanmanın biotik dövriyyənin bir faktoru kimi, interoreseptiv mübadilə reflekslərinə həsr olunub.

Monoqrafiya 6 fəsildən ibarətdir. Fəsillərdə reseptorlar, onların funksiyaları və refleksləri, heyvanların şərti-refleks aktivliyinin formalaşmasında dominant, motivasiya və emosiya əlaqələrinin rolu barədə məlumat verilib. Həmçinin qidanın biotik dövriyyədə və beynin inteqrativ fəaliyyətinin formalaşmasında təkamülün roluna dair tədqiqatların nəticələri təqdim olunub. Kitabda interoreseptiv mübadilə reflekslərinin mexanizminin periferik və mərkəzi əlaqələri və s. barədə də məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: