Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Xalq Təhsili Muzeyində olublar
24.01.2019 09:30
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Xalq Təhsili Muzeyində olublar

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin bir qrup əməkdaşı Xalq Təhsili Muzeyini (XTM) ziyarət ediblər.

Qonaqları muzeyin direktoru Lalə Bayramova qəbul edərək XTM-in tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, MATM ilə qurulacaq əməkdaşlığın gənc nəslin maarifləndirilməsi istiqamətində faydalı olacağını bildirib.

Görüş zamanı, həmçinin ölkə başçısının “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələrək hər iki muzeyin birgə təşkilatçılığı ilə “Bakı Dövlət Universiteti-100” adlı elmi seminarın keçirilməsi üçün tədbir planı müzakirə olunub.

Daha sonra Xalq Təhsili Muzeyinin kitabxanasına MATM-nin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib.

Sonda MATM əməkdaşları Xalq Təhsili Muzeyinin ekspozisiyaları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: