Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
23.01.2019 16:40
  • A-
  • A
  • A+

Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib

Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazıçılar Birliyinin müdiri Bican Veysəl Yıldız AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ayrı-ayrı şöbələrin fəaliyyəti ilə tanış olub. 

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ilə görüşdə qonağa Ədəbiyyat İnstitutunda aparılan elmi tədqiqatlar, əldə edilmiş nailiyyətlər barədəətraflı məlumat verilib. Görüşdə Azərbaycan-Türkiyə ədəbi və mədəni əlaqələri müstəvisində uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları, qarşılıqlı informasiya mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d. Aygün Bağırlı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, fil.ü.f.d. Mərziyə Nəcəfova iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: