AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda "Analiz və funksional analiz", "Diferensial tənliklər", "Riyazi fizika tənlikləri", "Dinamik sistemlər və optimal idarəetmə" ixtisasları üzrə 4 nəfər iştirak edib.
İmtahanın keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, üzvləri, professorlar - Həmidulla Aslanov, Alik Nəcəfov, Məmməd Bayramoğlu, Ziyatxan Əliyev, Ədalət Axundov, Fərman Məmmədov, Telman Məlikov, Rafiq Tağıyev, Hamlet Quliyev, r.e.d. Vüqar İsmayılov, dosentlər - Əbdürrəhim Quliyev və Şirmayıl Bağırovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.