Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.01.2019 09:32
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda doktoranturaya qəbul imtahanında 14 nəfər iştirak edib

Neft-Kimya Prosesləri İnstitutunda doktoranturaya qəbul imtahanında 14 nəfər iştirak edib

AMEA-nın akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 2018/2019 tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanda “Neft kimyası”, “Neft-qaz-daş-kömür emalı və texnologiyası” və “Qaz emalı proseslərinin kimyası və texnologiyası” ixtisasları üzrə 14 iddiaçı iştirak edib.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, akademik Vaqif Abbasov, üzvləri – AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov, professor Çingiz Rəsulov, kimya üzrə elmlər doktorları Füzuli Nəsirov, Fatmaxanım Əliyeva, texnika üzrə elmlər doktorları Elmar Abdullayev, Hikmət İbrahimov, Təranə Məmmədova, Səyyarə Əliyeva və texnika üzrə fəlsəfə doktoru Gülbəniz Muxtarovadır.

İmtahan uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: