Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.01.2019 09:28
  • A-
  • A
  • A+

AMEA magistrantlarının ingilis dili fənnindən imtahanı keçirilib

AMEA magistrantlarının ingilis dili fənnindən imtahanı keçirilib

Yanvarın 14-də İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində AMEA-da 2018/2019-cu tədris ili üzrə təhsil alan I kurs magistrantları üçün ingilis dili fənnindən imtahan keçirilib.

İlk semestrin yekunu olaraq, 4 altqrup üzrə keçirilən sessiya imtahanında akademiyanın 21 institut və təşkilatından 19 ixtisas üzrə təhsil alan 67 magistrant iştirak edib. Test üsulu ilə keçirilən imtahanda magistrantlar 90 dəqiqə ərzində ingilis dilinin qrammatikası, danışıq və yazı qaydalarını əhatə edən 50 sualı cavablandırıblar.

Qeyd edək ki, ingilis dili fənninin tədrisi IELTS proqramına uyğun olaraq hazırlanıb ki, bu da gələcəkdə doktoranturaya qəbul olunmaq və ya xaricdə təhsil alaraq elmi fəaliyyətini davam etdirmək istəyən magistrantların hazırlıq səviyyələrini yüksəltmək məqsədini daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: