www.science.az
14.01.2019 11:18

Naxçıvan Bölməsinin kitabxanasında 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb.

“Qanlı 20 Yanvar” başlığı altında təşkil edilən sərgidə “Heydər Əliyev müstəqilliyimiz əbədidir”, “Azərbaycan tarixi”, “Naxçıvan 20 yanvar ərəfəsində”, “Şahbuzlu şəhidlər”, “Sədərək harayı”, “Qələbəyə gedən yol”, “Ermənilər və həqiqətlər”, “Qara Yanvar Bakı-1990”, “Şənbə gecəsinə gedən yol”, “Ülviləşən Ülvim”, “Analar Anar Ağlar” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

Sərgi bu ayın sonuna kimi ziyarətçilərin ixtiyarında olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.