www.science.az
04.08.2014 00:00

Akademik Cəlal Əliyev ABŞ-da dərc olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyətinin üzvü seçilib

AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. Bununla bağlı jurnalın baş redaktoru Dr. Liza Broundan daxil olmuş məktubda qeyd edilir ki, infeksion və qeyri-infeksion xəstəliklər (İNİD)” jurnalının redaksiya heyəti görkəmli alımlərdən təşkil olunub: “Biz böyük məmnuniyyətlə Sizi də jurnalımızın redaksiya heyətinin üzvü olmağa dəvət edirik. Hesab edirik ki, Sizin kimi nüfuzlu alimin redaksiya heyətinin tərkibində olmağı bizim üçün fəxrdir və Sizin təcrübəniz və ekspert kimi yüksək professionallığınız elmi cəmiyyətlərin daha da inkişafına imkan yaradar”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.