Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Metafizika” jurnalının yeni sayında xarici ölkə tədqiqatçılarının elmi məqalələri yer alıb
09.01.2019 09:42
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni sayında xarici ölkə tədqiqatçılarının elmi məqalələri yer alıb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 2018-ci il üçün 4-cü sayı işıq üzü görüb.

Jurnalın bu sayında bir sıra xarici ölkələrin tədqiqatçılarının elmi məqalələri çap edilib.

Qeyd edək ki, nəşr 2017-ci ildə AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilən araşdırmalara yer verilir.

Jurnal "İdealOnline", "EBSCO", "DIIF", "Cosmos Impact Factor", "International Index Copernicus" və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: