Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yeni nəşr: "XVII əsr Azərbaycan əlyazma kitabı"
08.01.2019 09:33
  • A-
  • A
  • A+

Yeni nəşr: "XVII əsr Azərbaycan əlyazma kitabı"

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyevin “XVII əsr Azərbaycan əlyazma kitabı” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Əsər XVII əsrdə köçürülmüş Azərbaycan əlyazma kitablarının paleoqrafik və mətnşünaslıq məsələlərinin araşdırılmasına həsr edilib. Monoqrafiyada minillik kitab tariximizin ayrı-ayrı tarixi mərhələləri müqayisəli şəkildə oxuculara təqdim olunur.

Kitabşünaslıq, mətnşünaslıq mütəxəssisləri və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçiləri isə filologiya üzrə elmlər doktorları Azadə Musayeva və Kamil Allahyarovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: