Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Xəzər Universitetinin tələbələri Dilçilik İnstitutunda olublar
07.01.2019 12:21
  • A-
  • A
  • A+

Xəzər Universitetinin tələbələri Dilçilik İnstitutunda olublar

Xəzər Universitetinin Filologiya fakültəsinin tələbələri "Azərbaycan dilinin dialektologiyası" və "Müasir Azərbaycan" fənlərinin tədrisi çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Möhsün Nağısoylu ilə görüşdə tələbələrə müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və beynəlxalq əlaqələri barədə məlumat verilib. Alimlərin gərgin əməyindən bəhs edən M.Nağısoylu gənclərin dövlətimizin gələcəyindəki rolundan danışıb, ixtisaslı kadr kimi yetişməyin zəruriliyini diqqətə çatdırıb.

Sonra çıxış edən Xəzər Universitetinin Təhsil departamentinin müəllimi, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı müstəqillik dövründə dilçilik elminin inkişafı, yaranan yeni dilçilik sahələri, dildə baş verən dəyişikliklər, dilimizin saflığının qorunması istiqamətində qəbul edilən sərəncam və fərmanlar barədə ətraflı məlumat verib.

Tələbələr daha sonra institutun şöbələri və kitabxanası ilə tanış olublar. Burada onlara lüğətlərin hazırlanması, tərtibi, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normalarına riayət olunması, dilimizin terminoloji bazasının inkişaf istiqamətləri, həmçinin müəssisənin fondlarında mühafizə olunan nadir kitablar, kolleksiyalar haqqında məlumat verilib.

Sonda qonaqlara Naxçıvan Dialektoloji Atlası hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: