Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əli Nəcəfqulu oğlu Nuriyev. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb
07.01.2019 12:13
  • A-
  • A
  • A+

“Əli Nəcəfqulu oğlu Nuriyev. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb

Qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində tanınmış mütəxəssisi, Əməkdar elm xadimi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyevin 90 illiyinə həsr edilən “Əli Nəcəfqulu oğlu Nuriyev. Biobiblioqrafik göstərici” kitabı nəşr olunub.

Biobiblioqrafik göstəricidə Ə.Nuriyevin həyatı və elmi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biobiblioqrafiyası yer alıb. 

Nəşr kimya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: