Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsi aparılır
03.01.2019 12:34
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsi aparılır

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Tоrpaq ehtiyatları labоratоriyası tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarının mədəni və təbii bitkilər altındakı torpaqlarının ekoloji qiymətləndirilməsi aparılır.

Laboratoriyanın rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev bu məqsədlə Babək rayonunda ekskursiyada olub, torpaq, bitki nümunələri götürüb və fiziki, kimyəvi, morfoloji cəhətdən təhlillər aparıb. Tədqiqat işlərinin nəticələri əsasında inzibati rayon torpaq-kadastr yarımrayonlarına ayrılıb və təsərrüfatların sahələri üzrə ixtisaslaşdırılması aparılıb.

Cari il ərzində, həmçinin Culfa və Şahbuz rayonlarında tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: