Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aran iqtisadi rayonunda sahibkarlıq fəaliyyətinin təşkilindən bəhs edən yeni nəşr
03.01.2019 12:18
  • A-
  • A
  • A+

Aran iqtisadi rayonunda sahibkarlıq fəaliyyətinin təşkilindən bəhs edən yeni nəşr

AMEA İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin iqtisad üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar İsmayılovla birgə hazırladıqları “Aran iqtisadi rayonunda sahibkarlıq fəaliyyətinin təşkili: reallıqlar və innovativ inkişaf” adlı monoqrafiya çapdan çıxıb.

Monoqrafiyada sahibkarlıq fəaliyyətinin regional innovativ inkişafının nəzəri-təşkilati aspektlərinin qısa şərhi, Aran iqtisadi rayonunun coğrafi-iqtisadi xarakteristikası, orada sahibkarlıq subyektlərinin tərkibi və quruluşunda baş verən dəyişikliklər, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəldilən investisiyaların sosial-iqtisadi nəticələri, iqtisadi rayonda yaradılan yeni iş yerləri və onların işsizliyin səviyyəsinə təsiri kimi məsələlər araşdırılıb. Bundan əlavə, Aran iqtisadi rayonunda innovasiya sahibkarlığının təşkilinin mövcud vəziyyəti iqtisadi fəaliyyət sahələri üzrə təhlil edilərək qiymətləndirilib, müvafiq ehtiyat imkanları aşkara çıxarılıb, iqtisadi rayonda sahibkarlığın innovativ inkişafının başlıca istiqamətləri araşdırılıb.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qararə ilə nəşr edilən kitabın elmi redaktoru professor Arif Şəkərəliyev, rəyçiləri professorlar İsa Alıyev və Rəna Sultanovadır.

Monoqrafiya regional innovasiya sahibkarlığı ilə məşğul olan mütəxəssislər, elmi-tədqiqat institutlarının əməkdaşları, layihə menecerləri və doktorantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: