Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfə
27.12.2018 17:26
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfə

Məlum olduğu kimi, bu il müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü tamam olur.

Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar respublikamızda və ölkə xaricində silsilə tədbirlər həyata keçirilib.

AMEA Rəyasət Heyəti aparatının Elmi irs mərkəzi çoxsaylı arxiv sənədlərini tədqiqata cəlb edərək, icmal şəklində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi” adlı kitab-albom dərc etdirib.

Elmi irs mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyevanın müəllifi olduğu nəşrdə parlamentin siyasi fraksiyaları, millət vəkilləri, həmçinin AXC hökumətinin tərkibinə dair mühüm məlumatlar yer alıb. Kitabda Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu rəsmi sənədlərlə oxucuya təqdim olunub.

Kitab-albom AXC tarixi sahəsində çalışan tədqiqatçılar, ali məktəb tələbələri, magistrant və doktorantlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: