Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Nəbatat Bağının əməkdaşı ABŞ-da tədqiqatlar aparıb
27.12.2018 15:41
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağının əməkdaşı ABŞ-da tədqiqatlar aparıb

AMEA-nın Mərkəzi Nəbatat Bağının Gənc alim və mütəxəssislər şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2017-2018 akademik ili üçün elan etdiyi "Fulbright" proqramının qalibi olub və 3 ay ərzində Minnesota Universitetində tədqiqatlar aparıb.

O, universitetin Coğrafiya Departamentinin Dendroxronologiya laboratoriyasında "İqlim dəyişikliklərinin Azərbaycanın qaraçöhrə və palıd meşələrinə təsiri"ni araşdırıb.

Tədqiqat müddətində F.Seyfullayev həm  departamentin təşkil etdiyi mühazirələrdə, həm də universitetin gənc alimlər üçün hazırladığı müxtəlif mövzulu seminarlarda iştirak edib.

Səfərin sonunda F.Seyfullayevin araşdırma apardığı laboratoriya ilə aparılan tədqiqatların əlaqələndirilməsi, birgə qrantlarda iştirak məsələləri müzakirə olunub və ilkin razılığa gəlinib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: