Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilində ikihecalı sadə feillər” kitabı çapdan çıxıb
26.12.2018 12:54
  • A-
  • A
  • A+

“Azərbaycan dilində ikihecalı sadə feillər” kitabı çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilində ikihecalı sadə feillər” kitabı nəşr olunub.

Kitabın elmi redaktoru fil.ü.f.d., dosent Baba Məhərrəmli, rəyçilər fil.ü.f.d.-ları, dosentlər Aynel MəşədiyevaCahid İsmayıloğludur.

Kitabda müasir ədəbi dilimizdə, dialekt və şivələrimizdə işlənən ikihecalı (türk mənşəli) sadə feillərin inkişaf yolu işıqlandırılıb, feildən, adlardan, həmçinin  adlardan və feillərdən feil düzəldən şəkilçilər sistemli şəkildə araşdırılaraq konkret nümunələrlə izah edilib.

Nəşrdə XIII-XIV əsrlərin qiymətli poeziya nümunələri olan “Dastani-Əhməd Hərami” və “Mehri və Vəfa” məsnəvilərinin dilində işlənmiş arxaik sözlər  də nəzərdən keçirilib.

Kitabla tanışlıq əsasında oxucu nəzəri cəlb etməmiş bəzi arxaik qrammatik formalar haqqında məlumat əldə edə biləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: