Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Brüsseldə Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısında iştirak ediblər
25.12.2018 16:36
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Brüsseldə Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı Panelinin 6-cı toplantısında iştirak ediblər

Tədqiqat və İnnovasiya üzrə Şərq Tərəfdaşlığı panelinin 6-cı toplantısı Belçikanın paytaxtı Brüssel şəhərində keçirilib.

Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin müxtəlif dövlət, elm və təhsil qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda “Tədqiqat və istehsalat əlaqələri üzrə 2018-ci il tədbirlər panelinin müzakirəsi”, “Şərq Tərəfdaşlığının son yenilikləri”, “Avropa İttifaqı innovasiyaların tətbiqində”, “Şərq Tərəfdaşlığında tədqiqat və innovasiyaların dəstəklənməsi”, “Avropa Tədqiqat Şurası”, “HORİZON: 2020 üzrə kiçik və orta ölçülü müəssisələrin inkişafına dəstək alətləri”, “EraNet maliyyələşdirmə”, “Şərq Tərəfdaşlığı Plus Platformasının hesabatı və gələcək fəaliyyəti” və digər mövzularda məruzə və təqdimatlar dinlənilib.

İclasda tədqiqat və innovasiyalar üzrə prioritet sahələr, Şərq Tərəfdaşlığının 10 illik yubileyinə həsr edilmiş tədbirlər, elmi mövzular və texnologiyaların transferi üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.

Toplantıda ölkəmizi AMEA Rəyasət heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva, AMEA-nın Yüksək Texnologiyalar Parkının Texnologiyaların transferi və biznes inkubasiya şöbəsinin müdiri Zaur Əhmədzadə, “Horizon: 2020” üzrə Azərbaycanın Milli Əlaqələndirici Şəxsləri (MƏŞ) şəbəkəsinin üzvləri – AMEA-nın İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Maliyyə əlçatanlığı üzrə MƏŞ, i.ü.f.d Rüfət Efendiyev, Azərbaycan Tibb Universitetinin dosenti, Sağlamlıq, demoqrafik dəyişiklik və rifah üzrə MƏŞ, t.ü.f.d. Rəhimə Qabulova, Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri, Kiçik və orta ölçülü müəssisələr üzrə MƏŞ Arif Nəcimov, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov təmsil ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: