Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Rəhimov may ayının 26-dan 31-nə kimi Türkiyənin Fethiye şəhərində keçirilmiş“Tərs məsələlər: modelləşmə və simulyasiya” VII Beynəlxalq konfransında iştirak edib.

Dünyanın 30-a yaxın ölkəsindən 250 alimin iştirak etdiyi tədbirdə A.Rəhimov “İnteqral şərtlə verilmiş hiperbolik tənlik üçün bir tərs məsələnin ədədi həlli” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ərafında müzakirələr aparılıb.

Qeyd edək ki, konfransın məruzələri “Thomson Reuters” Agentliyinin Science Citation Index (SCI) siyahısına daxil olan və yüksək impakt faktora malik “Inverse Problems in Science and Engineering”, “Inverse Problems”, “Journal of Inverse and Ill-Posed Problems” və “Inverse Problems and Imaging” kimi Beynəlxalq jurnalların konfransa həsr olunmuş xüsusi buraxılışlarında nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: