Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix Problemləri üzrə Elmi Şuranın iclasında 22 dissertasiya mövzusu müzakirə olunub
24.12.2018 15:39
  • A-
  • A
  • A+

Tarix Problemləri üzrə Elmi Şuranın iclasında 22 dissertasiya mövzusu müzakirə olunub

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının 5-ci iclası keçirilib.

Əvvəlcə şuranın sədri, akademik Şahin Mustafayev gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

İclasda ölkənin müxtəlif elmi müəssisələrində tarix elmi sahəsində tədqiq olunan problemlərin aktuallığına və elmi dəyərinə, xüsusilə dissertasiya mövzularının müasir tarix elmimizin tələblərinə cavab verməsinə dair müzakirələr aparılıb. Ş.Mustafayev qeyd edib ki, şura bu sahədə fəaliyyətini gücləndirməli, tarix elmi qarşısında duran və tədqiqinə ehtiyac duyulan prioritet istiqamətlərin və mövzuların müəyyənləşdirilməsinə diqqəti artırmalıdır.

Daha sonra vətən tarixi, ümumi tarix, arxeologiya, etnoqrafiya və etnologiya, beynəlxalq münasibətlər tarixi, tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları kimi ixtisaslar üzrə təqdim olunmuş 22 dissertasiya mövzusu müzakirə olunub.

Tədbirdə 8-i elmlər doktorluğu, 14-ü isə fəlsəfə doktorluğu olmaqla təqdim edilmiş dissertasiya mövzuları dəqiqləşdirilib, iddiaçılara elmi istiqmətləri ilə bağlı tövsiyələr verilərək  təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: