AMEA-nın Elm Tarixi İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Vakant yerlər institutun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsi üzrə aparıcı elmi işçi, elmi işçi, Elmşünaslıq və elmin sosial problemləri şöbəsi üzrə elmi işçi, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsi üzrə aparıcı elmi işçi, elmi işçi və Təbiət və dəqiq elmlər tarixi şöbəsi üzrə elmi işçi vəzifələrinə bir yerdir.
Müsabiqədə magistr, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi, xarici dil və kompüter bilikləri olan şəxslər iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Əlaqə nömrəsi: (+994 12) 539 51 34
Ünvan: AZ1143, Bakı şəh., H.Cavid pr., 115.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.