Dekabrın 24-də “Holiday Inn Baku” otelində “Qarabağ: Əcadadlarımızın mirası” sənədli filminin təqdimatı olacaq. Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, AMEA Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə səyləri ilə ərsəyə gətirilib.
“Qarabağ: Əcadadlarımızın mirası” sənədli filminin baş elmi məsləhətçisi Tarix İnstitutunu direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.
Tədbirdə 3D formatında “Cəbrayıl – virtual səyahət” qrafik filmi də nümayiş etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.