Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Müstəqillik illərində üslubların inkişafı və dilin lüğət tərkibinin zənginləşmə istiqamətləri” mövzusunda respublika konfransı keçiriləcək
21.12.2018 13:12
  • A-
  • A
  • A+

“Müstəqillik illərində üslubların inkişafı və dilin lüğət tərkibinin zənginləşmə istiqamətləri” mövzusunda respublika konfransı keçiriləcək

Dekabrın 25-də saat 11:00-da AMEA-nın Əsas binasında “Müstəqillik illərində üslubların inkişafı və dilin lüğət tərkibinin zənginləşmə istiqamətləri” mövzusunda respublika konfransı keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə “Müstəqillik dövründə poeziya dilinin inkişafı”, “Elmi üslubun spesifik xüsusiyyətləri”, “Üslubi novatorluq”, “Müstəqillik illərində Azərbaycan nəsr əsərlərinin mövzu və problematikası”, “Müstəqillik illərində bədii üslubun inkişafı” və “Publisistik üslubda yazılmış mətnlərdə qrammatik normanın pozulması” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: