Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Abdulla bəy Əfəndizadə Azaqbəylinin “Son türk əlifbası” kitabı çap olunub
21.12.2018 13:00
  • A-
  • A
  • A+

Abdulla bəy Əfəndizadə Azaqbəylinin “Son türk əlifbası” kitabı çap olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə Abdulla bəy Əfəndizadə Azaqbəylinin “Son türk əlifbası” kitabı çap olunub.

Kitabı institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli nəşrə hazırlayıb.

Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü, görkəmli pedaqoq, istedadlı şair və tərcüməçi  Abdulla bəy Əfəndizadə Azaqbəylinin tərtib etdiyi əlifba layihəsi əsasında yazdığı, 1919-cu ildə Bakıda nəşr olunmuş “Son türk əlifbası” adlı  əsərinin müasir əlifbamıza transfoneliterasiyası təqdim edilib. Kitaba  “Son türk əlifbası”nın fotofaksimilesi ilə birgə digər əlyazma və çap materiallarının surəti də əlavə edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə işıq üzü görən nəşrin elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Sayalı Sadıqova və İsmayıl Kazımovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: